01.06.2019
Biləsuvar rayon Mədəniyyət Mərkəzinin tamaşa zalında “Pəncərə” teatr studiyasının hazırladığı Nəsiminin həyat və yaradıcılığını əks etdirən “Həqq mənəm” adlıtamaşanın premyerası baş tutdu.
Premyera münasibətilə Mədəniyyət Mərkəzinin foyesində Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi qonaqlara təqdim olundu.
Tamaşadan öncə çıxış edən Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova dahi şairin həyat və yardıcılığı haqqında məlumat verdi və “Nəsimi ili” çərçivəsində ümumrespublika səviyyəsində qeyd olunan tədbirlərdən danışdı.
Yaradıcı heyətini Biləsuvarın yerli mədəniyyət işçilərinin təşkil etdiyi“Pəncərə” teatr studiyasının bu yeni tamaşası izləyənlər tərəfindən alqışlarla qarşılandı. Tədbirin qonağı olan təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon sakinləri tamaşa haqqında yüksək fikirdə olduqlarını bildirdilər.
Qeyd edək ki, bu tamaşanın regionun digər rayonlarında da səhnəyə qoyulması planlaşdırılır.