01.06.2019
Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin və digər mədəniyyət müəssisələrinin əməkdaşları Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli Uşaq evinin qonağı oldular.
Mədəniyyət Mərkəzinin və klubların özfəaliyyət kollektivlərinin təqdim etdiyi musiqi nömrələri balaca tamaşaçıların ürəyincə oldu. Kloun obrazında uşaqların qonağına gələn mədəniyyət işçisi uşaqlara xoş anlar bəxş etdi. Balacalar rəqs etdilər, şeirlər söylədilər və qonaqlara hazırladıqları hədiyyələrini də təqdim etdilər.
Uşaq evinin rəqs kollektivi bir-birindən maraqlı milli rəqs nümunələri ilə çıxış etdi. Onların çıxışı mədəniyyət işçilərində də xoş təəssürat oyatdı.
Tədbirin sonunda Uşaq evinin sakinlərinə hədiyyə sovqatları təqdim olundu.