29.05.2019
Salyan Tarix-Diyarşünaslıq Muzeyində şəhid Azər Əliyev adına Kürkənd kənd orta məktəbi ilə birgə Açıq dərs keçirildi.
Açıq dərsdə göstərildi ki, Azərbaycan Xalq Cühuriyyətinin yaranması Azərbaycanin coxəsrlik tarixində əlamətdar hadisə olmuş və xalqimizin dovlətcilik səlnaməsinin parlaq səhifələrindən birini təskil etmisdir. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasi xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasinda müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində cox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. Istiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazirda Respublika Günü kimi qeyd olunur. Bu gün Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.