Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasından nümunələr

23.05.2019

Şirli gil qab. VIII-IX əsrlər 
Əgər ilkin dövrlərdə əşyaların zahiri bəzəyi sadəliyi ilə seçilirdisə, VIII-IX əsrlərdən başlayaraq, onun bədii tərtibatında şirə mayesi işlədilməyə başlanıb. Ustalar həm çiy gili anqobla (ağ yağlı gilin tərkibinə zəy, un, şorotu qatılan maddə) bəzəyib, sonra boyalarla bəzəyib xüsusi sobada bişirirlər. 
Xəzər dənizi sahillərindən tapılmış şirli gil tipli boşqabın IX əsrə mənsub olduğu güman edilir. Üzərində həndəsi və nəbati naxışlar, butalar var. Bu şirli gil qab məişətdə istifadə etmək üçün nəzərdə tutulub.

Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin əsas fonduna aiddir.