Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi təşəkkürnamə ilə qiymətləndirilmişdir

22.05.2019

Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi Rəssamlıq şöbəsinin 2 şagirdi - Rüstəmli Gülnar Mövlud qızı və Əhmədli Aytac Zaur qızı Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi" ili çərçivəsində 28 May Respublika Gününə həsr olunmuş " Azərbaycanım" adlı rəsm müsabiqəsində diplomla mükafatlandırılmış və Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi isə təşəkkürnamə ilə qiymətləndirilmişdir.