Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ölkəmizi tanıyaq” layihəsinin növbəti maarifçi aksiyasının başlanğıc tədbiri keçirilmişdir.

16.11.2017

Neftçala Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən "Ölkəmizi tanıyaq" layihəsinin növbəti maarifçi aksiyasının başlanğıc tədbiri keçirilmişdir. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, NRTŞ-nin müdiri Əjdər Kərimov, başçının müavini Gültəkin Sadıqova layihədə iştirak edən şagirdlərə səfərlə bağlı "yaxşı yol" arzulamışlar. Sonra məktəblilər təntənəli şəkildə mərkəzin qarşısından Gəncə şəhərinə yola salınmışdır. Aksiya çərçivəsində şagirdlər Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi-mədəniyyət abidələri, mədəniyyət ocaqları, səfalı guşələri ilə tanış olacaqlar.