Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

9 noyabr ”Dövlət Bayrağı günü”dür

08.11.2017

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyi rayon ictimaiyyəti qarşısında 08.11.2017-ci il tarixində Heydər Əliyev Mərkəzində “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”nə və YAP-ın yaranmasının 25 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış etdi. Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev başda olmaqla rayon ictimaiyyətinin, eləcə də Milli məclisin Regional Məsələlər Komitəsinin sədri  Arif Rəhimzadənin, Milli məcllisin deputatı Rüstəm Xəlilovun və YAP icra katibliyinin  məsul işçisi Ramil Mirzəyevin iştirakı ilə baş tutan tədbirdə,  Ulu öndər Heydər Əliyev tərəfindən 1992-ci ildə yaradılan, “dünənin, bu günün, gələcəyin partiyası...” kimi dəyər verdiyi, hazırda ölkə rəhbərimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu gün yüz minlərlə insanı sıralarında birləşdirən YAP-ın, müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsində böyük rolundan danışıldı, üçrəngli bayrağımızı vəsv edən şeirlər söylənildi, mahnılar ifa edildi.