Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan rayon H.Əliyev Mərkəzi maraqlı görüş keçirmişdir

30.04.2019

Ümummilli Lider Heydər Əliyevin respublikanın bölgələrinə səfərləri çərçivəsində ilk olaraq 1969-cu ilin avqust ayında Salyana gəlişindən 50 il keçir. Bu əlamətdar hadisə ərəfəsində həmin dövrlərdə onunla görüşmüş insanların xatirələrini dinləmək çox maraqlıdır. Ömrünün 92-cü ilini yaşayan Kazım Əliyev ötən əsrin 60-70-ci illərində Salyan rayonunun "Oktyabr" kolxozunun, sonralar isə "Yüksəliş" sovxozunun sədri işləyib. Vaxtı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi ilə ən çox görüşən, təmasda olan adam olub. Deyir ki, Ulu Öndər Salyana səfərlərindən başqa qonşu Neftçala rayonuna gedərkən də bizim yol üstündə olan sahələrimizdə dayanar, insanlarla görüşər, işilərin vəziyyəti ilə maraqlanarmış.