26.04.2019
Quyçu kənd kitabxana filialı 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr edilən “Gəlin kitab oxuyaq” adlı tədbir keçirdi. Məktəblilər müxtəlif müəlliflərin kitabları ilə tanış oldular.
Qaraçala kənd kitabxana filialında Qaracala qəsəbəsinin Cəlal Məmmədov adına tam orta məktəbində məktəb ilə birlikdə 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr edilən “Mənim sevimli kitabım” adlı məlumat saatı keçirildi.Tədbirdə müəllimlər, kitabxanaçılar kitabların bizim mənəvi dünyamıza boylanmağa imkan verdiyi, heç bir sərhəd və fərqə baxmayaraq, insanlar arasında qarşılıqlı hörmətə və anlaşmaya yol açdığını bildirdilər. Qeyd edildi ki, yaşadığımız müasir dövrdə kitablar cəmiyyəti irəli getməyə yönəldən, insan zəkasının müxtəlifliyini təcəssüm etdirən və bəşəriyyətin zəngin təcrübəsini özündə ehtiva edən xəzinədir. Tədbirin sonunda məktəblilər kitab haqqında şeirlər söylədilər.
Salyan rayon Mərkəzi Kitabxananın 20 Yanvar qəsəbə kitabxanası İmaməddin Nəsiminin 650 illik yubileyini qeyd etdi. Qəsəbə məktəbinin şagirdləri tədbirdə sərgi ilə də tanış oldular.
Nizami adına Mərkəzi Kitabxanada şair, yazıçı, dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi keçirildi. Kitabxanada şairin adına sərgi təşkil olundu.Yazıçının qələmə aldığı əsərlər haqqında müzakirələr edildi.
Bu gün Mərkəzi kitabxana “Açıq kitabxana” layihəsi təşkil etdi. Oxucular “Açıq kitabxana”da nümayiş olunan nəşrlərlə tanış oldular. 20-yə yaxın kitabsevər kitabxanaya üzv yazıldı.
Salyan rayon MKS-nin 1 saylı kitabxana filialında görkəmli oftalmoloq Zərifə Əliyevanın 96 illik yubleyinə həsr olunmuş tədbir və qısametrajlı film nümayiş olundu.
Aşağı Noxudlu kənd kitabxanası kənd məktəbində Ümumdünya Kitab və Müəlliflik Hüququ gününə həsr edilən tədbir təşkil etdi.
Salyan rayon 4 saylı şəhər kitabxanası Azərbaycanın görkəmli maarifpərvər yazıçılarından biri olan Nəcəf bəy Vəzirovun 165 illiyinə həsr edilən tədbir keçirmişdir. Kitabxanaçı yazıçının milli peşəkar teatrımızın yaradıcılarından və ilk teatr tamaşasını hazırlayanlardan, həm də onun iştirakçılarından biri olması, Mirzə Fətəli Axundzadədən sonra dramaturgiya ilə birinci məşğul olub və Azərbaycan ədəbiyyatında faciə janrının bünövrəsini qoyması haqqında məktəblilərə məlumat verdi.
Salyan rayon Mərkəzi Kitabxanada ABŞ səfirliyi və "Azərbaycan Gənclərinin Nailiyyəti" İB-nin birgə təşəbbüsü ilə 3 günlük "Maliyyə savadlılığı" təlimi keçirilir.