Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan rayon Heydər Əliyev Mərkəzi ”Cümə Məscidi”nə ekskursiya təşkil etmişdir

24.04.2019

Salyan rayon Heydər Əliyev Mərkəzi 18 Aprel Beynalxalq Abidələr və Tarixi yerlər günü ilə əlaqədar olaraq, Salyan rayonunun ən qədim tarixi abidələrindən olan "Cümə Məscidi"nə ekskursiya təşkil etmişdir. Abidə ətrafında məktəblilərə abidənin tarixindən, bu əlamətdar günün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi əsasında UNESKO tərəfindən 1983-cü ildə təsis olunmasından və bu günün insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək məqsədi daşımasından bəhs olunmuşdur.