Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan MKS-nin son tədbirləri

19.04.2019

Salyan rayon Quyçu kənd kitabxana filialı kənd sakinlərinə səyyar kitabxana xidməti göstərmişdir.

Çuxanlı kənd kitabxana filialı kənd məktəbində Azərbaycanın görkəmli maarifpərvər yazıçılarından olan Nəcəf bəy Vəzirovun 165 illiyinə həsr edilən imformasiya saatı keçirmişdir. 

4 saylı şəhər kitabxana filialı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 120 illik yubleyi münasibətilə tədbir və qısametralıı slayd təşkil etdi.

18 aprel 2019-cu il tarixdə Salyan rayon 4 saylı şəhər kitabxana filialı 5 saylı məktəblə birlikdə ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi barədə Sərəncamına əsasən görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir və qısametrajlı slayd təqdim etdi.

Salyan rayon Uluxanlı kənd kitabxanası dramaturq, şair, nasir Cəfər Cabbarlının 120 illiyinə həsr edilmiş məlumat saatı keçirmişdir. Tədbirdə kitabxanaçı məktəblilərə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.

Seyidsadıqlı kənd kitabxanası bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən, Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmiş Nəcəf bəy Vəzirovun 165 illiyinə həsr edilmiş tədbir keçirmişdir. Kitabxanaçı məktəblilərə "Müsibəti–Fəxrəddin" əsəri haqqında məlumat vermişdir.

Sarvan kənd kitabxanası XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən görkəmli simalarından biri olan C.Cabbarlının 120 illiyinə həsr edilən məlumat saatı keçirmişdir. Kitabxanaçı məktəblilərə Cabbarlının öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən sonra XX əsr ədəbiyyatının ən görkəmli siması olması, Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyət olması haqqında məlumat verdi.