19.04.2019
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 12.04.2019-cu il tarixli 121 saylı məktubunun icrası ilə bağlı Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyində “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasıbətilə 18 aprel 2019-cu il tarixdə “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə məktəbli gənclər iştirak etmişlər.
Tamaşaçılara Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü haqqında məlumat verən muzeyin direktoru N.Mehdiyeva bildirmişdir ki, abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Ona görədə biz abidələri və tarixi yerləri qoruyub saxlamalı və gələcək nəsillərə çatdırmalıyıq.
Məktəbli gənclər muzeydə abidələr və tarixi yerlərə həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Sonra muzey əməkdaşları Biləsuvarın tarixi və arxeoloji abidələrindən olan ilkin orta əsrlərə aid "Çöl Ağdam qalası"na baxmaq üçün ekskursiya təşkil etmişlər. Bu da məktəbli gənclərin böyük marağına səbəb olmuşdur.
“Açıq qapı” günü muzeyə 85-ə yaxın tamaşaçı gəlmişdir.