Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Güzgü” və ”Dama” Festivala hazırlaşır

10.04.2019

Salyan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Güzgü" Miniatür Xalq Teatrı və "Dama" Art-Studiyasının hazırladıqları tamaşaların son məşqləri gedir. Qeyd edək ki, 15 aprel 2019-cu il tarixdə Masallıda III Respublika Xalq Teatrları festivalı keçiriləcək. Festivalda çıxış edəcək "Güzgü" Miniatür Xalq Teatrı Mirzəağa Atəşin "Gəlinlər" əsərinə müraciət edib. "Gəlinlər"in quruluşçu rejissoru Eldar Bədəlovdur. "Dama" Art-Studiyası isə Xalq yazıçısı Anarın "Asılqanda işləyən qadının söhbəti" hekayəsi əsasında tamaşa təqdim edəcək. Tamaşanın quruluşçı rejissoru Kürçaylı Məmmədovdur. Hər iki tamaşada əsas rolları Nübar Bədəlova, Həqiqət Əsgərova, Pərvanə Rzayeva, Xalidə Bəşirova, Kürçaylı Məmmədov, İbrahim Xudiyev və Leyla Babayeva canlandırıb.