Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan MKS-nin son tədbirləri

05.04.2019

5 aprel 2019-cu il tarixdə Aprel döyüşləri zamanı şəhid olmuş baş leytenant Rəşid Rövşən oğlu Mehdiyevin anım günü ilə əlaqədar onun doğulub boya-başa çatdığı Salyan rayonunun Xələc kəndində yerləşən Şəhidlər xiyabanındakı məzarı Salyan rayon kənd kitabxana filiallarının əməkdaşları tərəfindən ziyarət olunmuş, şəhidin ruhuna dualar oxunmuşdur.

Salyan rayon Quyçu kənd kitabxana filialı kənd məktəbində Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən məlumat saatı keçirmişdir. Kitabxanaçı Nəsimi yaradıcılığının Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm bir mərhələ olması, şairin sağlığında əsərlərinin Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılması haqqında məlumat verdi.