Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Neftçala MKS-nin son tədbirləri

19.03.2019


15.03.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Qədimkənd kənd kitabxana filialı kənd klubu ilə birlikdə Novruz bayramı münasibətilə bayram tədbiri keçirdi.

15.03.2019-cu iıl tarixdə Neftçala rayon MKS-nin Yenikənd kənd kitabxana filialı kənd ibtidai məktəbində dahi Azərbaycan dramaturqu C.Cabbarlının əziz xatirəsinə həsr olunmuş "Cəfər Cabbarlı-120" başlıqlı kitab sərgisi təşkil etmiş və dramaturqun yaradıcılığı haqqında sorğu keçirmişdir.

18.03.2019-cu il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi kitabxananın qarşısında “Elin bayramı Novruz” adlı geniş sərgi təşkil etdi.

18.03.2019-cu il tarixdə Neftçala rayon MKS-inin 1 saylı şəhər kitabxana filialı E.Həbibov adına 4 saylı tam orta məktəbdə təyyarəçi Züleyxa Seyidməmmədovanın 100 illiyi ilə əlaqədar “Məgər təyyarə sürmək qız işidirmi?” adlı məlumat günü keçirdi.

15.03.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Şorkənd kənd kitabxana filialının kitabxanaçıları məktəbli oxucularla birlikdə Milli Qəhrəman Xanoğlan Məmmədovun anım günü ilə əlaqədar qəhrəmanın büstünü və qəbrini ziyarət etdilər.

15.03.2019-cu il tarixdə Neftçala rayon MKS-nin 4 saylı Neftçala şəhər kitabxana filialı Neftçala şəhər 3 saylı orta məktəbdə “Nəsimi irsinin öyrənilməsi” adlı tədbir keçirdi.

18.03.2019-cu il tarixdə Neftçala rayon MKS-nin I Qaralı kənd kitabxana filialında “Novruz gəlir, yaz gəlir” adlı əyləncəli şənlik keçirildi.

16.03.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Abasallı kənd kitabxana filialında “Novruz, Novruz bahara” adlı əyləncəli şənlik keçirildi.

18.03.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Aşağı Qaramanlı kənd kitabxana filialı kənd məktəbində Novruz şənliyi keçirdi.

15.03.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Qardaşbəyli kənd kitabxana filialında Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyi münasibətilə “Xatirəyə dönmüş illər” başlıqlı sərgi təşkil edildi.