
28.05.2026
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən kitabxana, mədəniyyət mərkəzi, tarix-diyarşünaslıq muzeyi və qalereyalarda 28 May – Müstəqillik Gününə həsr olunan açıq dərs, rəsm və kitab sərgisi, qiraət müsabiqəsi keçirilib.
Tədbirlərdə çıxış edənlər dövlətçilik ənənələrinin qorunmasının, milli-mənəvi dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyini vurğulayıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, xalqımızın istiqlal mübarizəsindən və dövlət müstəqilliyimizin əhəmiyyətindən danışıblar.
Tədbirlər çərçivəsində vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mövzuya həsr olunan kitab və rəsm sərgilərinə baxış keçirilib.