
06.05.2026
Mayın 5-də Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın 270 illiyinə həsr olunan “Motsart dühası – 270 il” adlı tədbir keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Əvvəlcə bəstəkarın həyat və yaradıcılığı haqqında məruzə dinlənilib, onun dünya musiqi mədəniyyətinə bəxş etdiyi əvəzsiz incilər və zəngin irs xüsusi vurğulanıb.
Konsert proqramında bəstəkarın müxtəlif janrlarda yazdığı əsərlər səsləndirilib. İfa olunan nümunələr Vyana klassik məktəbinin zərif üslubunu, melodik zənginliyini və yüksək bədii-estetik dəyərini özündə əks etdirib. Gənc ifaçıların səhnə çıxışları tamaşaçılar tərəfindən maraq və alqışla qarşılanıb.