Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Neftçalada “Milli musiqi irsimizin hamisi – Heydər Əliyev” adlı tədbir keçirilib

15.05.2026

Mayın 14-də Neftçala şəhərində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, YAP Şirvan şəhər və Neftçala rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Milli musiqi irsimizin hamisi – Heydər Əliyev” adlı tədbir keçirilib. Tədbir Şirvan şəhər Uşaq Musiqi Məktəbi və Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin əməkdaşlığı ilə təşkil olunub.

Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Samirə İsmayılova, Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, müəllim və şagird kollektivləri iştirak ediblər.

Çıxışlarda Heydər Əliyevin dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin inkişafındakı misilsiz xidmətləri xüsusi vurğulanıb. Eyni zamanda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkənin gələcək inkişaf perspektivləri və şəhidlərimizin qəhrəmanlıq yolu barədə fikirlər səsləndirilib.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin təqdim etdiyi musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.