Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

20 Yanvar şəhidlərinin əziz xatirəsi Salyanda ehtiramla yad edilib.

20.01.2026

Anım mərasimində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələr iştirak edib. İlk olaraq 20 Yanvar abidə-kompleksi ziyarət olunub, abidə önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dərin ehtiram bildirilib. Rəsmilər sonra 20 Yanvar şəhidi Elçin İmanovun evini ziyarət edərək, ailə üzvləri ilə görüşüblər, müdhiş və qəhrəmanlıq gecəsi haqqında təəssüratlarını bölüşüblər. Görüş zamanı şəhid ailəsinə dərin hörmət və ehtiram ifadə olunub, onların qayğıları ilə maraqlanılıb. Qeyd edilib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və bu ənənə daim davam etdiriləcək.