Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyəti Masallıda Gənclər Gününə həsr olunan konsert proqramı təqdim edib.

03.02.2026

Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyəti Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Gənclər Gününə həsr olunan konsert proqramı təqdim edib.

Tədbirdə hər iki məktəbin rəhbərliyi, müəllim kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bu kimi mədəni tədbirlərin şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılmasında, estetik zövqlərinin formalaşmasında və incəsənətə maraqlarının artırılmasında mühüm rol oynadığını bildiriblər. Eyni zamanda vurğulanıb ki, incəsənət və musiqi məktəbləri arasında qarşılıqlı mədəni əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi gənc istedadların inkişafına, regionlararası əlaqələrin möhkəmlənməsinə və milli-mədəni dəyərlərin təbliğinə mühüm töhfə verir.

Konsert proqramı çərçivəsində gənc ifaçılar klassik və müasir musiqi nümunələri ilə çıxış ediblər. Şagirdlərin səhnə mədəniyyəti, ifa bacarığı və repertuar müxtəlifliyi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.