
31.01.2026
Şirvan şəhər Mədəniyyət Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə çıxış edənlər vurğulayıblar ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi çoxşaxəli gənclik strategiyasının məntiqi nəticəsi olaraq bu gün Azərbaycan gəncliyi mübarizliyi, vətənpərvərliyi və yüksək intellektual səviyyəsi ilə seçilir.
Tədbirlərdə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan filmlər nümayiş etdirilib, gənclər və məktəblilər vətənpərvərlik və gənclik ruhunu əks etdirən şeirlər səsləndirib.