Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Beynəlxalq Muzeylər Günü mədəniyyət müəssisələrində qeyd edilib

18.05.2024

Şirvan şəhər Mədəniyyət Mərkəzi və “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 18 May Beynəlxalq Muzeylər Günü haqqında məlumat verilib, tarixi və etno kompozisiyalar təqdim edilib.

Şirvan Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi qazisi Rəsul İsmayılovun dekorativ işlərindən ibarət fərdi sərgisi təşkil olunub. Sərgidən sonra qonaqlar muzeyin fəaliyyəti ilə tanış olublar.

Salyan Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə 18 May Beynəlxalq Muzeylər Gününün yaranma tarixindən danışılıb, gün ərzində muzeyi onlarla yerli sakin ziyarət edib.

Neftçala Tarix-Diyarşünaslıq Muzeyi Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin foyesində tədbir və sərgi təşkil edib.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən tədbirdə müxtəlif mövzulu sərgilərə tamaşa edilib, kompozisiyalar və musiqi nömrələri təqdim olunub.