Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Salyanda “Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana” adlı tədbir keçirilib

10.06.2026

İyunun 10-da Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin, Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəliyinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyev irsi: Qurtuluşdan güclü Azərbaycana” adlı tədbir keçirilib.

YAP Salyan rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, partiya fəalları, Qərbi Azərbaycan İcmasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini və Ulu Öndərin xalq və dövlət qarşısındakı xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin və inkişafın əsasını qoyub, onun müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

Çıxışlarda müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərin, beynəlxalq nüfuzunun və güclənən dövlətçiliyinin Heydər Əliyev siyasi irsinin nəticəsi olduğu qeyd olunub.