Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Qəhrəmanlıq və İftixar Tariximiz” adlı tədbir keçirilib

18.01.2025

 

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş "Qəhrəmanlıq və İftixar Tariximiz" adlı tədbir keçirilib. Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, İdarənin əməkdaşları, mədəniyyət işçiləri, uşaq incəsənət məktəbinin şagirdləri və rayon ictimaiyyəti iştirak edib.

 

Tədbirin əvvəlində Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin şagirdlərinin 20 Yanvar faciəsindən bəhs edən rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mübarizəsində əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu vurğulayıb. O, bu günün tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib və bu istiqamətdə mədəniyyət işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

 

Tədbir Biləsuvar rayon Mədəniyyət Mərkəzinin ədəbi-bədii kompozisiyanın təqdimatı və 20 Yanvar hadisələrindən bəhs edən videoçarxın nümayişi ilə davam edib.