Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şirvanda gənc aktyorlar arasında intellektual yarış keçirilib

01.07.2026

İyunun 29-da Şirvan şəhər Mədəniyyət Mərkəzinin "Qızıl pərdə" teatr klubunun gənc və həvəskar aktyorlarının iştirakı ilə "Kino tariximizdən maraqlı faktlar" mövzusunda intellektual yarış keçirilib.

Şirvan şəhər Mədəniyyət Mərkəzində təşkil olunan yarışda Azərbaycan kinosunun müxtəlif dövrlərini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.

Tədbirdə kino sənətinin yarandığı gündən insanların dünyagörüşünün formalaşmasında, xalqın tarixinin, milli adət-ənənələrinin və mənəvi dəyərlərinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, kino özündə mədəniyyətin müxtəlif sahələrini birləşdirən, yüksək təsir və inandırıcılıq gücünə malik sənət növü kimi cəmiyyətin mədəni inkişafına əhəmiyyətli töhfələr verir.

Yarış zamanı iştirakçılar Azərbaycan kinosunun tarixi, görkəmli kino xadimləri və milli filmlərimizlə bağlı sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər. Sonda yarışda fəal iştirak edən iştirakçılar təşəkkürnamələrlə təltif ediliblər.

İntellektual yarışın keçirilməsində məqsəd milli-mənəvi dəyərləri özündə əks etdirən Azərbaycan filmləri haqqında gənc aktyorların biliklərini artırmaq, onların dünyagörüşünün formalaşmasına dəstək vermək olub.